logosanaltr
Menu
NƏQLİYYAT XİDMƏTİ

Lənkərən Azərbaycanın çox qədim yaşayış məskənlərindən biridir. Əlverişli coğrafi mövqeyi, füsünkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahilində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir.
Lənkəranı Azərbaycanın paytaxtı Bakıdan Cənub-Şərqə doğru 268 km. məsafə ayırır. Lənkəranda olan turistlər istənilən vaxt Beynəlxalq hava limanı, Lənkərandan Bakıya dogru istiqamət götürən sürət qatarından və rahat avtonəqlıyyat vastələrindən istifadə edərək, Azərbaycanın və dünyanın istənilən nöqtəsi ilə əlaqə saxlamaq imkanına malikdirlər.
Lənkəran hava limanından həftənin 4 günü Moskva ilə hava əlaqəsi mövcuddur.
Bakıya bütün günlər də qatarla, və bazar ertəsi istisna olmaqla həftənin bütün günləri sürət qatarı ilə,
eyni zamanda avtovağzaldan arzuladığınız ünvana çatmaq imkanına maliksiniz.
Xüsusi limuzinlərimizlə sizləri arzu etdiyiniz yerden götürmək xidməti ilə sizin ixtiyarınızdayıq.