BİZİM HAQDA

İstəyirsiniz, biz Sizə ideal istirahət haqqında nağıl danışaq…?
İsti dənizin qırağında, dağların başgicəlləndirici gözəlliyinin qalın meşənin sirliliyilə birləşdiyi yerdə, sanki sehirli bir qala kimi Palmalife Lenkaran Resort oteli durur.
Buraya gələn səyyahlar, günəş altında cənub meyvələrinin yetişdiyi, qoruqlarda çəhrayı flaminqoların məskən saldığı, qadınların isə qədim mahnılar oxuduğu əsrarəngiz bir yerə düşürlər…
Yox, bu nağıl deyil, bir gerçəklikdir. Lənkəranda yerləşən Palmalife Lenkaran Resort otelinə gəlin və ideal istirahətin – möhtəşəm təbiətlə yüksək səviyyəli xidmətin - bütün ləzzətini dadın.
Otelimizin təklif etdiyi şərtlər və əyləncələr ən zərif zövqü belə qane edəcəkdir. Burada Sizi əla yeməklər, bənzərsiz folklor, müasir infrastruktur, idman, dinclik və daha nələr gözləyir… Birsözlə, Sizin özünüzü həqiqətən nağılda olduğu kimi hiss etməyiniz üçün olan hər şey.